Menu
Geri İrəli

Əvvəlcə “Sual yağışı”, sonra isə “Qol yağışı” oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2011 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Bu gün “Sumqayıt-Şəhər” Futbol komandası və “168 saat” qəzetinin birgə təşkilatçılığı ilə “Sual yağışı” şərti adı altında tədbir keçirildi.

Jurnalistlərlə qeyri-rəsmi formatda – çay süfrəsi ətrafında keçirilən görüşdə “Sumqayıt-Şəhər” FK-nın məşqçi və futbolçuları mətbuat nümayəndələrinin suallarını cavablandırdılar. Görüş zamanı Sumqayıt komandasının Premyer Liqada göstərdiyi oyun, əldə olunmuş nəticələr, uğurlar və uğursuzluqlar, eləcə də perspektivlər, gələcək planlar müzakirə edildi.

Daha sonra “Qol yağışı” oldu. “Sumqayıt-Şəhər” komandasının rəhbərliyi ilə jurnalistlər münasibətlərinə futbol meydançasında aydınlıq gətirdilər.

Maraqlı keçən dostluq oyununda Sumqayıt komandasının texniki-inzibati kollektivindən ibarət komanda 9:7 hesabı ilə qalib gəldi.

Tədbirin sonunda oyunun ən yaxşı futbolçusu seçilib. “168 saat” qəzetinin əməkdaşı Elvin Məhərrəmov “Sumqayıt Şəhər” PFK tərəfindən mükafatlandırılıb. Komandamızın baş məşqçisi Bernhard Raab xüsusi kuboku adıçəkilən jurnalistə təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Görüşdən sonra “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov saytımıza açıqlamasında bunları dedi: “Hesab edirik ki, bu, maraqlı və Sumqayıt üçün yeni format idi. Tədbir jurnalistlərlə şəhərin futbol komandası arasındakı baryeri ortadan qaldırmağa, səmimi münasibətlər qurulmasına, eləcə də “Sumqayıt-şəhər” komandasını yalnız futbol komandası kimi yox, həm də ictimai bir təşkilat kimi şəhər həyatına daxil etməyə hesablanmışdı. Biz möhkəm ümid edirik ki, bu, sonuncu belə tədbir olmayacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın