Menu
Geri İrəli

Sumqayıtda nümunəvi məhəllələrin sayı artır

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 765 dəfə • Şərh yoxdur

Son illərdə ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda  aparılan sürətli abadlıq-quruculuq işləri Sumqayıt şəhərində də yüksək səviyyədə həyata keçirilir. Sumqayıtda küçə və prospektlərdə, parklarda, məhəllədaxili ərazilərdə geniş şəkildə yenidənqurma işləri aparılır.

19 dekabr 2013-cü ildə Sumqayıt şəhər 12-ci mikrorayonda Nümunəvi  məhəllənin açılışı olmuş və daha sonra vətəndaşlarla “Açıq mikrofon” dialoqu təşkil edilmişdir. Tədbirdə şəhər rəhbərliyi, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və mikrorayon sakinləri  iştirak etmişdir. Nümunəvi məhəllədə yeni müasir standartlara cavab verən futbol meydançası və uşaq meydançası tikilmişdir. Ərazidə müasir işıqıqlandırma sistemi quraşdırılmış, bir çox yerlərdə qazon əkilmiş, daxili yolların asfalt örtüyü yenilənmişdir. Açılış mərasimi ilə yanaşı tədbirdə sakinlərlə şəhər rəhbərliyi arasında açıq mikrofon təşkil olunmuşdur. Açıq mikrofonda qəsəbə sakinləri ökədə və şəhərdə aparılan abadlıq-qurucluq işlərinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Minlərlə insanın iştirak etdiyi tədbirdə sakinlər Sumqayıt şəhər rəhbərliyinə onları maraqlandıran bir çox suallar ünvanlanmış, qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digər problemlərlə bağlı şəhər rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Daha sonra tədbir konsert proqramı ilə davam etmiş, sonda atəş-fəşanlıq olmuşdur.

DSC_0207 DSC_0260

Facebook Şərhləndirmə:

Şərhinizi yazın