Menu
Geri İrəli

​İlham Zəkiyev: “Hədiyyə almağı kim xoşlamır?”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur
ilham zekiyevBu gün Azərbaycanın cüdo üzrə yeganə ikiqat paralimpiya çempionu, “Bakı-2015″ I Avropa Oyunlarının qalibi İlham Zəkiyevin doğum günüdür. 36 yaşlı idmançı “Report”a açıqlamasında ad gününü təmtəraqlı şəkildə qeyd etməyəcəyini deyib.
İ.Zəkiyev səbəbini belə izah edib: “5-10 yaşımız yoxdur ki, camaatı yığıb ad günü keçirək. Bəlkə də uşaq olsaq, ad günü keçirmək sevindirici olardı”.
Ən titullu cüdoçunun sözlərinə görə, onu təbrik edənlər sırasında bir çox qurum rəsmiləri də olub: “Azərbaycandan, xaricdən çoxlu təbriklər gəlir. Milli Paralimpiya Komitəsi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyindən də ad günümü təbrik ediblər. Təbrik edənlər sırasında millət vəkilləri də var. Əsasən hədiyyə verməyi xoşlayıram, amma hədiyyə almağı kim xoşlamır? Təbriklər o qədərdir ki, ardı-arası kəsilmir”.
Səbəbkar ad günü münasibətilə bir çox televiziya və radiolardan efirə dəvət aldığını da bildirib.
Qeyd edək ki, 1980-ci il martın 3-də anadan olan İlham Zəkiyev ailəlidir. İlkin, Həmzə və Aynur adında 3 övladı var. O, 2 dəfə dünya çempionu, bir dəfə Dünya Kubokunu qalibi, 5 dəfə Avropa çempionu və 2 dəfə Yay Paralimpiya Oyunlarının ən güclüsü adını qazanıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın