Menu
Geri İrəli

“168 saat”ın mətbəxindən qısa reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2009 • Baxış sayı: 479 dəfə • 1 şərh

vusalVüsal MƏMMƏDOV

- A kişi, başa düşmədin, sənə dedim axı mən telefonla informasiya vermirəm.

- Bilirsiniz, müəllim qanuna görə siz bu informasiyanı elə telefon vasitəsilə də verməlisiniz.

- Sən mənə qanun öyrədirsən? Sənə deyirəm ki, mən telefonla informasiya vermirəm. Sualın var adam kimi dur gəl bur, ya da yazılı şəkildə göndər. Qanun? (bir az kinayəli tərzdə). Sən hələ uşaqsan, mənə nəsə öyrətmək də istəyirsən.

Bilmirəm, yazının sonrakı hissələri ilə nə qədər rabitəsi olacaq, ancaq bu dialoq bu günlərdə sumqayıtlı məmurlardan biri ilə əməkdaşımız arasında yaşanmışdı – veriləcək cavabları diqtofon yazmaq üçün əməkdaşımız dialoqu telefonun səsgücləndiricisi ilə apardığından məmurun “xoş” ünsiyyətinə şahidlik etmək xoşbəxtliyi bütün redaksiya heyətinə nəsib olmuşdu.

***

Bu yaxınlarda Almaniyanın “Beld” qəzeti 3 milyon tirajla dərc olunaraq türkün sözü, çoxlarını şaşırtdı. Maraqlıdır ki, dünyaca ünlü olmayan, hətta demək olar ki, o qədər də tanınmayan bu qəzet regional nəşrdir. Müqayisə üçün deyək ki, Azərbaycan tarixində ən yüksək qəzet tirajı 1990-cı ildə qeydə alınıb – həmin vaxt “Səhər” qəzeti 200 min tirajla oxucularının görüşünə gəlib. Hazırda isə ölkəmizdə qəzetlərin tirajı 1000-15000 arasında dəyişir. Paytaxtda qərarlaşan və bütün ölkədə yayılan nəşrlərin tirajı orta hesabla 5-7 mindir. O ki qaldı regional nəşrlərə onlar “ənənəvi olaraq” 1000 tirajla çap olunurlar. Nüsxələrinin sayı bundan artıq olanları isə yəqin ki, barmaqla saymaq olar.

Məlum olduğu kimi, ölkənin ən yüksək tirajlı və ən irihəcmli regional qəzeti məhz ”168 saat”dır. Bugün ölkədə müstəqil regional nəşr kimi tarazlığını qoruyub saxlamağın və ardıcıl olaraq çap olunmanın nə qədər çətin olduğunu regional nəşr olaraq çap olunduğu son 4 ildə, xüsusilə də son aylar ərzində qəzetimiz nə yazıqlar ki, öz üzərində hiss etməkdədir. Maliyyə sıxıntıları və ardınca da yağışdan sonra göbələk kimi peyda olmağa başlayan sonsuz problemlər qəzeti hər ötən həftə daha artıq dərəcədə sıxmaqdadır.

Bu gün ölkədə regional nəşrlərin digərlərindən daha artıq problemlərin daşıyıcısı olduğunu yəqin ki, müzakirə etməyə də ehtiyac yoxdur. Görünür, regionlarda reket jurnalistikanın xüsusilə çiçəklənməsi də məhz bu problemlərin məhsuludur. Əlbəttə, bu gün “168 saat” da öz reputasiyasına dirsəklənib öz maddi sıxıntılarını məhz belə yollarla, həll edə bilər – amma axı hər kəsə, elə Sumqayıtın özündə də hər kəsə gözəl məlumdur ki, bizim komandadan olan heç bir qələm və ya diktofon əhli heç bir məmurun və ya iş adamının otağından “hörmət” görərək çıxmır, yalnız hörmət görərək çıxır. Və ya bir az da açıq danışsaq axı hamıya gözəl məlumdur ki, “168 saat” şəhərdəki başqa qəzetlər kimi rüşvət götürmür. Başqa sözlə, demək istəyirik ki, şəhərimizin başqa qəzetləri rüşvət götürmədiyi kimi “168 saat” da götürmür…

Facebook Şərhləndirmə:

““168 saat”ın mətbəxindən qısa reportaj” yazısına bir cavab

  1. [...] “168 saat”ın mətbəxindən qısa reportaj Post Published: 26 December 2009 Author: sumqayitxeber.com Found in section: YAZARLAR [...]

Şərhinizi yazın