Menu
Geri İrəli

“31 Mart – Azərbaycanlıların soyqırımı” günü ilə bağlı konfrans keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2010 • Baxış sayı: 314 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində “31 Mart – Azərbaycanlıların soyqırımı” günü ilə bağlı elmi-nəzəri konfrans keçiriləcək. Konfrans 31 mart 2010-cu il tarixdə Sumqayıt şəhər İcra hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutacaq. Konfransdan öncə Universitetin foyesində şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgi təşkil ediləcək. Konfrans zamanı soyqırımın faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunacaq.
Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilməsi haqqında fərman verib. Və elə bu vaxtdan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırım qurbanlarının günü kimi qeyd edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın