Menu
Geri İrəli

“Abşeron”la “Sumqayıt” birləşir

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2011 • Baxış sayı: 505 dəfə • 3 şərh

Mirbağır İsayev “Sumqayıt”ın heyətində yer alan istedadlı futbolçuları “Abşeron”a cəlb edəcək.

Məlum olduğu kimi “Standard” premyer-liqanı tərk etdikdən sonra Azərbaycanın futbolçu bazalarından sayılan Sumqayıt şəhəri təmsilçisiz qalmışdı. Sonradan yaradılan “Sumqayıt” klubu 1-ci divizondakı ortabab çıxışı ilə kifayətlənirdi. Təbii ki, bu komanda yerli futbolsevərlərin istəyini ödəyə bilməzdi.

Artıq sumqayıtlılar sevinə bilər. Bu il premyer-liqaya vəsiqə qazanan “Abşeron” klubu 1-ci diviziondakı “Sumqayıt”la birləşəcək. Belə ki  “Abşeron” Sumqayıtı təmsil edəcək.

Ev meydanı olaraq da “Abşeron” oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. Yerli futbolçularla elitaya vəsiqə qazanan Mirbağır İsayevin “Abşeron”a “Sumqayıt”ın heyətində yer alan istedadlı futbolçuları cəlb edəcəyi də deyilir. Rekord.az

Facebook Şərhləndirmə:

““Abşeron”la “Sumqayıt” birləşir” yazısına 3 cavab

  1. Cavid deyir:

    Salam. Abşeron tam olaraq Sumqayıt klubu olacaq? Ya yarı Sumqayıt, yarı Abşeron olacaq? Klubun sponsoru kim olacaq,

  2. Əli Nəcəfxanlı deyir:

    Bir vaxtlar Sumqayıtın “Polad”,”Ximik”, “İnşaatçı” kimi komandaları hər yana səs salmışdı. O zaman sovet dönəmi idi. İndi isə imkanlı sponsor olmadan komandanın yaşaması mümkün deyil.İlqar Nuriyev-dostumuz “Gənclərbirliyi” yaratdı, amma maddi imkansızlıq arzuya çatmağı çətinləşdirdi.Əcəba, bu dəfəki sponsor kimdir? “Azərikimy”mı? Bir sözlə,çoxlu pul lazımdır ki, uğur yollarına səpilsin.Əks təqdirdə, ölkəni əla futbolçularla daim təmin edən Sumqayıt yenə də Premyer liqada təmsilçisiz qalacaq.

  3. miranşah deyir:

    Sumqayıtın özünün halal komandasını yaradıb saxlamaq lazımdır.yersiz komandaları gətirib Sumqayıtın adından elitaya buraxmaq hec bir effekt verməyəcək. və şəhərimzin futbol azarkeşləri belə komandaları ürəkdən algışlamayacaq

Şərhinizi yazın