Menu
Geri İrəli

“Amnesty International” nümayəndələri Sumqayıtlı vəkillə görüşüblər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2011 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

“Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen, həmin proqram üzrə tədqiqatçısı Natalia Nozadze və əlaqələndirici Maks Taker Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili Anar Qasımovla görüşüblər. Görüşdə qonaqlar A.Qasımovun hüquqlarını müdafiə etdiyi və həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovun, məhbus jurnalist Eynulla Fətullayevin, gənc fəal Cabbar Savalanın cinayət işinin hazırki durumu ilə, onların saxlanma şəraiti ilə maraqlanıblar. Vəkil Anar Qasımovun bildiriyinə görə, xarici qonaqlar həmçinin 12 Mart etiraz aksiyaları zamanı polis tərəfindən saxlanmış və sonradan haqqlarında inzibati tədbirlər görülmüş şəxslərin- Tural Abbaslı və Natiq İbrahimovun işi ilə də tanış olub, onları maraqlandıran suallara cavablar alıblar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın