Menu
Geri İrəli

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün qanververmə aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2010 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edən ARDNŞ-nin idarə və müəssisələri Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşularaq, ötən ildən hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində “Savab Dünyası” Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir. 2009-cu ildə bu əməkdaşlıq çərçivəsində 3000 nəfərdən artıq neftçi qanvermə aksiyalarında iştirak etmişdir. Bu il də neftçilər qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə yardım məqsədi ilə aparılan kampaniyada fəallıq göstərirlər. İnstitutla birgə hazırlanmış qrafikə əsasən, sentyabrın 6-dan başlayaraq ARDNŞ-nin müəssisə və təşkilatlarında qanvermə aksiyalarına start verilmişdir. 8 yanvar 2011-ci ilədək davam edəcək qanvermə kampaniyasında Şirkətin 23 struktur bölməsində çalışan 80 min nəfərə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulmuşdur. Noyabrın 1-də ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin kollektivi ilk dəfə olaraq humanist aksiyaya – qanvermə təşəbbüsünə qoşulmuşlar. Bu məqsədlə İstehsalat Birliyində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar laboratoriyası təşkil olunmuşdur. Laboratoriyada alınmış qanın tərkibi yoxlanılmış, yalnız bundan sonra kimyaçılardan qan alınmasının mümkünlüyü müəyyənləşdirilmişdir. Kimyaçıların qanvermə aksiyası “Azərikimya” iB-nin Etilen-polietilen, Səthi aktiv maddələr, «Üzvi sintez», Mexaniki-təmir zavodlarını, Nəqliyyat və xüsusi texnika, Təmir-tikinti İdarələrini və digər strukturları əhatə etməklə 5 gün davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın