Menu
Geri İrəli

“Azərikimya” İstehsalat Birliyi yeni azot-oksigen qurğusunun inşası ilə əlaqədar açıq müsabiqə elan edir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2010 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi yeni azot-oksigen qurğusunun tikilməsi məqsədi ilə 8 noyabr 2010-cu il tarixdən açıq müsabiqə elan edir. Birliyə daxil olan müəssisələrin texnoloji tələblərinə cavab verən yeni azot-oksigen qurğusunun inşası üçün elan olunmuş müsabiqədə bu sahədə ixtisaslaşmış və müəyyən təcrübə qazanmış iddiaçılar iştirak edə bilərlər. Müsabiqə elanında azot-oksigen qurğusu layihəsinin həyata keçirilməsi üçün tələb olunan əsas sərtlər kimi aşağıdakılar göstərilmişdir:

● layihənin “açar təhvili” şərti ilə həyata keçirilməsi;

● tələb olunan texniki göstəricilərə cavab verilməsi;

● təklif olunan avadanlıq və qurğuların keyfiyyət göstəriciləri;

● təhlükəsiz və səmərəli iş rejimlərinin təminatı.

Müsabiqədə iştirak etmək üçün 18 noyabr 2010-cu il Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq poçt və ya E-mail (elektron poçt) vasitəsilə aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Müsabiqədə iştirak etmək haqqında müraciət;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və ünvanı;

- İddiaçının son 3 ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- İddiaçının analoji layihələrdə təcrübəsi (referens-list), potensialı, texniki və kadr imkanları haqqında məlumat

Sənədlər aşağıdakı ünvana göndərilməlidir:

AZ5000 Sumqayıt, Azərbaycan

Səməd Vurğun küç. 86

ARDNŞ “Azərikimya” İstehsalat Birliyi

İddiaçıların prekvalifikasiyası aparıldıqdan sonra tələb olunan təcrübəyə, texniki və maliyyə resurslarına malik olan iştirakçılara texniki tapşırıq – əsas şərtlər toplusu təqdim olunacaqdır. Bundan sonra iştirakçılar əsas şərtlər toplusunda göstərilmiş iş həcminə uyğun texniki və kommersiya təkliflərini bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 10 dekabr 2010-cu il Bakı vaxtı ilə saat 15:00-dan gec olmayaraq yuxarıda göstərilmiş ünvana təqdim etməlidirlər.

Müsabiqə təklifləri və tələb olunan digər sənədlər Azərbaycan, rus və ya ingilis dillərində təqdim edilə bilər.

İddiaçıların Müsabiqəyə təqdim etdikləri zərflər 10 dekabr 2010-cu il tarixdə saat 17.00-da “Azərikimya” İB-nin yuxarıda göstərilmiş ünvanda yerləşən binasında açılacaqdır.

Müsabiqə haqqında məlumat əldə etmək üçün “Azərikimya” İB-nin Satınalmalar qrupuna və konkret olaraq, aşağıdakı əlaqələndirici şəxslərə müraciət etmək olar:

● Elmi-Təqdiqat, Perspektiv İnkişaf və İnvestisiya şöbəsi – Rza Rzayev

Tel: (+994 18) 6544938

(+994 12) 5212516

E-mail: RzaA.Rzayev@socar.az

● Satınalmalar və Təchizat şöbəsi – Ceyhun Həsənov

Tel: (+994 18) 6550595

E-mail: Jeyhun.Hasanov@socar.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın