Menu
Geri İrəli

“Azərikimya”da Sumqayıt məktəblilərinin ekologiyaya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2011 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur
Share Button

Son günlər ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin əsas binasında Sumqayıt məktəblilərinin ekologiya mövzusuna həsr olunmuş rəsmlərindən ibarət sərgisi təşkil edilmişdir. Foyedə nümayiş etdirilən rəsmlər ötən il Beynəlxalq Dəniz günündə “Azərikimya”nın təşəbbüsü və dəstəyi ilə “Planetimizi tullantılardan təmizləyək! Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!” devizi altında keçirilmiş geniş ekoloji təmizlik aksiyası çərçivəsində çəkilmiş və Sumqayıt şəhər Rəsm qalereyasında nümayiş etdirilmiş yüzlərlə işin arasından seçilmişdir. Burada təbiətə diqqət və qayğının həyati vacibliyini əks etdirən, həmçinin bəzi məqamlarda həyəcan siqnalı təsiri bağışlayan 20-dək rəsm toplanmışdır. Bu rəsmləri işləmiş məktəblilər öz tablolarında yalnız yaradıcılıq istedadlarını deyil, həm də ana təbiətə, Vətənə məhəbbətlərini, bütövlükdə dünyanın bu günü və sabahı ilə bağlı arzu və istəklərini, eyni zamanda planetin ekoloji tarazlığını pozanlara qarşı münasibətlərini əks etdirməyə çalışmışlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın