Menu
Geri İrəli

“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi 8 orta məktəblərdə peşə seçimi ilə bağlı təlimləri başa vurdu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2011 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənmə  si” layihəsi çərçivəsində 8-ci təlim keçirildi.Təlim 25 may 2011-ci ildə Sumqayıt şəhər 3 saylı orta məktəbdə təşkil edilmişdir.Təlimdə orta məktəbin 9-cu sinif şag  irləri iştirak edirdi. Öncə Mərkəzin sədri Zeyalov Mətanət şagirdlərin düzgün peşə seçim etməsində bu təlimin çox faydalı olmasını vurğuladı. Təlimdə 26 şagird iştirak edirdi. Təlimçi Eyvaz Qocayev şagirdlərə insan həyatında peşənin rolu, peşə seçimində özünü tanıma faktoru, peşələr  və xüsusiyyətləri, gələcəkdə daha çox tələbatın olduğu peşələr, düzgün peşə seçiminə təsir edən amillər, peşə hazırlığı, peşəyə necə yiyələnməli, universitet seçimi  haqqında məlumat verdi. Təlim zamanı peşə yönümünün müəyyənləşdirilməsi üçün aparılan psixoloji test  şagirdlər tərəfindən maraqla qarşılandı. Təlim interaktiv metodla aparıldı və şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Məktəb rəhbərliyinin da iştirak etdiyi təlimdə qərara alınmışdır ki, məktəbdə bu cür təlimlər tez-tez keçirilsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın