Menu
Geri İrəli

“Cəsurlar” respublika hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final turu keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2010 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

DSC06027Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi və Hərbi Komissarlıq ilə birgə 26 fevral 2010-cu il tarixində M.Hüseynzadə adına şəhər stadionunda “Cəsurlar” respublika hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final turunu keçirmişdir. Final turunda Milli Qəhrəman M.Quliyev adına 3 saylı, 7 saylı, 11 saylı, 14 saylı, 15 saylı, 16 saylı, 19 saylı, 23 saylı, 24 saylı, 26 saylı, T.İsmayılov adına 29 saylı orta ümumtəhsil məktəblərinin və N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin komandaları iştirak etmişdir.
Yarışların baş hakiminin raportundan sonra çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov on ildən artıqdır ki, mütəmadi olaraq keçirilən “Cəsurlar” və “Şahin” hərbi-idman oyunlarının böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Xocalı Soyqırımı zamanı və Azərbaycan torpaqları uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səslənmişdir. Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi xidmətəqərki mənəvi və fiziki hazırlığında əhəmiyətli rolundan danışaraq məktəblilərə uğurlar arzulamışdır.Hərbi Komissarlığın əməkdaşı Niyaz Mirzəyev şəhər birinciliyininin final mərhələsinə vəsiqə qazanmış komandaları təbrik edərək yarış zamanı uğurlar arzulamışdır.Komandalar “Cəsurlar” respublika hərbi-idman və turizm oyununun Əsasnaməsinə müvafiq olaraq sıra hazırlığı, taxta hasarın üstündən keçməklə maneənin dəf olunması, “zəhərli zona”nin dəf olunmasi, turist çadırının qurulması və digər mərhələlər üzrə yarışmışdır. Yarışların nəticələrinə əsasən Milli Qəhrəman M.Quliyev adına 3 saylı orta ümumtəhsil məktəbinin komandası I, 11 saylı orta ümumtəhsil məktəbinin komandası II, 24 saylı orta ümumtəhsil məktəbinin komandası III yerə layiq görülmüşdür. Milli Qəhrəman M.Quliyev adına 3 saylı orta ümumtəhsil məktəbinin komandası “Cəsurlar” respublika hərbi-idman və turizm oyununun cari il mart ayının 12-də Dəvəçi rayonunda keçiriləcək zona birinciliyində işirak etmək hüququ qazanmışdar. Komandalar Baş İdarənin və Təhsil Şöbəsinin fəxri fərmanları, hədiyyələri ilə təltif edilmişdir. Rüstəm Sadıqzadə

DSC06030DSC06117DSC06107

Facebook Şərhləndirmə:

Şərhinizi yazın