Menu
Geri İrəli

“Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının ingilis dili versiyası çapa hazırdır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2010 • Baxış sayı: 369 dəfə • 1 şərh

Kitab “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanır

Layihənin rəhbəri Sahib Fərzəliyevin sumqayitxeber.com saytına verdiyi məlumata görə Sumqayıt hadisələrinə həsr olunmuş yeni kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi “1988-ci il Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində çap olunub və hazırda ingilis dilinə tərcümə işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə kitabın ingilis dilində versiyası çap olunacaq.

Xatırladaq ki, Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” adlı sənədli analitik kitabında 1988-ci il, fevral ayının 28-29-da Sumqayıtda, eləcə də Dağlıq Qarabağ və onun ətrafında baş verən problemlərə, ictimai-siyasi proseslərə toxunulur.

Müəllif tarixi faktlara istinad edərək SSRİ-nin dövründə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və siyasi Bürosunun bir sıra üzvlərindən, Rusiyanın ayrı-ayrı demokratlarından apardığı müsahibələrdən belə nəticəyə gəlir ki, Azərbaycan- Ermənistan konflikti qabaqcadan düşünülmüş və planlaşdırılmış bir aksiya idi. Müəllif kitabda Dağlıq Qarabağla bağlı bir sıra qaranlıq mətləblərə də aydınlıq gətirməyə çalışmışdır.

Facebook Şərhləndirmə:

““Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının ingilis dili versiyası çapa hazırdır” yazısına bir cavab

  1. BAHAR deyir:

    Ozumuzunkuler oxuyub bildi hamisin ,qaldi ingilisler)))

Şərhinizi yazın