Menu
Geri İrəli

“İlin Adamı” mükafatı Mübariz İbrahimovun atasına təqdim olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2011 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən 2001-ci ildə təsis edilmiş “İlin Adamı” adına Azərbaycan Respublikası Milli Qəhrəmanı Mübariz İbrahimov layiq görüldü. “2010-cu İlin Adamı” mükafatının təqdimat mərasimi fevral ayının 10-da keçirildi. Tədbirdən öncə ANS Şirkətlər Qrupunun kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmişdir.

Milli Qəhrəman Mübariz İbrahimov bu ada Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda göstərdiyi  şəxsi fədakarlığa, döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını nümayiş etdirərkən canını belə əsirgəməklə şəxsi nümunə göstərdiyinə, öz şücaəti ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə,  Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə layiq görülüb.

Mükafatın təqdimetmə mərasimində Milli Qəhrəmanın valideynləri iştirak edirdilər. Ənənəyə uyğun olaraq bu il də “İlin Adamı”na xüsusi diplom, Çingiz Mustafayev Fondu adından pul mükafatı ayrılmışdı.

Tədbiri açıq elan edən “ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti Mirşahin Ağayev ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun 2010-cu İLİN ADAMINI müəyyənləşdirərkən bu yeni adın sahibinin xidmətlərinə,.onun millət və dövlət adına gördüyü işlərə, vətənpərvər əməllərə görə qiymət verildiyini önə çəkdi.

Təqdim etmə mərasimində ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev çıxış etdi. O çıxışına İlin Adamının seçim prosesində bu dəfə baş verən maraqlı hadisə ilə başladı. Məlum oldu ki,  Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ermənilərlə şiddətli döyüşdə fədakarlıq nümayiş etdirən, nəinki onların hücumunu dəf etməyi, hətta onlarla ermənini məhv etməyi belə bacaran Mübariz İbrahimova Milli Qəhrəman adi verdiyinə, gərgin və inadlı səylərdən sonra onun və daha bir qəhrəman soydaşımızın- Azərbaycan zabiti Fərid Əhmədovun meyidlərini cəbhənin ermənilərin nəzarətində olan hissəsindən geri ala bildiyinə, Azərbaycanin hərbi sənaye kompleksinin tam gücü ilə işə düşməsi, Iranin nüvə problemi ilə bağli bölgədə yaranmiş mürəkkəb geo-siyasi şəraitdə Azərbaycanin maraqlarinin qorunmasi, Azərbaycan və Türtkiyə arasinda hərbi yardimi da nəzərdə tutan müqavilənin imzalanmasi, Türkmənistanla normal münasibətlər qurulmas, Baki-Oğuz-Qəbələ kəmərinin çəkilməsi, dəhşətli daşqinlarin fəsadlarinin qisa müddətdə aradan qaldirilması kimi əhəmiyyətli xidmətlərinə görə prezident İlham Əliyevi İlin Adamı elan etməyi qərara alıbmış.

Amma seçim ona açıqlananda Prezident  öz təşəkkürünü bildirərək   mükafatı  Mübariz İbrahimova verməyi xahiş edib.. Vahid Mustafayev dedi: “Etiraf edim ki, namzədlər sırasında Mübariz İbrahimovun adnıı mükafat komissiyası üzvləri  də iclaslarda bir neçə dəfə  çəkimişidilər. Onun Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda göstərdiyi şəxsi fədakarlıq, döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməsi və son damla qanınadək, daha doğrusu ölənədək vuruşması və onlarla erməni əskər və zabitini məhv etməsi Komissiya üzvlərinin əsas arqumentləri idi.  Amma Prezidentin təklifi  də öz rolunu  oynadı”

Beləliklə,

Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını nümayiş etdirərkən canını belə əsirgəməməklə şəxsi nümunə göstərdiyinə, öz şücaəti ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə,  Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə

Mübariz  Ağakərim oğlu İbrahimov …

2010-cu İlin Adami  adamı adına layiq görüldü.

İLİN ADAMI mükafatının təqdimetmə mərasimində millət vəkilləri, rəsmi şəxslər, media nümayəndələri, sahibkarlar, ziyalılar, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun əməkdaşları iştirak edirdilər.

Xatırladaq ki, Milli Qəhrəman Mübariz İbrahimova qədər “İlin Adamı” adına Bakı şəhəri İcra  Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov (2001), Azərbaycan Respublikasının eks-prezidenti, Ümummilli Lider Heydər Əliyev (2002; 2003), Yaponiyanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara (2004), Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva (2005), bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə (2006), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (2007),  Xalq Rəssamı Tahir Salahov (2008),  Azərbaycan Respublikasının Rusiya federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu (2009) layiq görülüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın