Menu
Geri İrəli

“NƏ? HARADA? NƏ ZAMAN?” İNTELLEKTUAL OYUNU ÜZRƏ “YUBİLEY KUBOKU”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2009 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 18 Oktyabr 2009-cu il tarixində “Ramiz” şadlıq sarayında 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü, Sumqayıt şəhərinin 60 illik və Baş İdarə nəzdində “Sumqayıt İntellekt Mərkəzi” Klubunun 1 illik yubileylərinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Yubiley Kuboku” keçirilib. Yarışda hər bir komandada 6 nəfərdən ibarət 25 komanda, o cümlədən Bakı şəhərini təmsil edən 4 komanda iştirak etmişdir.
Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş üzrə sektorunun müdiri Rüstəm Sadıqzadə tədbir iştirakçılarını 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edərək yarışda iştirak edən komandalara uğurlar arzuladı. O, ölkə və şəhər gənclərinin nailiyyətlərinin artmasında müstəqilliyin əvəzsiz xidmətlərinin olduğunu qeyd edərək Baş İdarənin son dövrlərdə intellektual oyunlar istiqamətində həyata keçirdiyi tədbirlərdən, şəhər gənclərinin bu sahədə əldə etdikləri nailiyyətlərdən danışdı. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra yarışa start verildi. “Sumqayıt İntellekt Mərkəzi” Klubunun sədri “Yubiley Kuboku”nun keçirilmə qaydaları haqqında məlumat verib. “Yubiley kubokunu”nun Əsasnaməsinə və Reqlamentinə müvafiq olaraq 3 turdan və 45 sualdan ibarət olan yarışın gedişimdə gərgin mübarizədən sonra “İqtisadçı” (Bakı) komandası I yerə, “Renessans” (Sumqayıt) komandası II yerə, “Ekspert” (Bakı) komandası isə III yerə layiq görülüb. Sonda qaliblər Baş İdarənin Fəxri fərmanları və hədiyyələri, həmçinin I yerin qalibi “İqtisadçı” komandasına Kubok təqdim edildi. Yarış şəhərdə fəaliyyət göstərən gənclərlə iş aparan qurumlarının nümayəndələri tərəfindən maraqla

Facebook Şərhləndirmə:

Şərhinizi yazın