Menu
Geri İrəli

“Poeziya və musiqi” adlı ədəbi-bədii kompozisiya keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2010 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

Dünən şəhərin Nizami meydanında Sumqayıt şəhər İcra Hakimiyyəti və şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Poeziya və musiqi” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə şairlər Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Sabir Sarvan, Rəfiqə Şəms və digərləri çıxış edərək poeziya və musiqinin vəhdət təşkil etdiyi bu tədbirin əhəmiyyətindən danışdılar.

Onların ifasında səslənən şeirləri tamaşaçılar maraqla qarşıladılar.

Mədəniyyət müəssisələri özfəaliyyət kollektivlərinin çıxışları, musiqi və incəsənər məktəbləəri şagirdlərinin ifa etdiyi xalq və bəstəkar mahnıları tədbiri daha da rövnəqləndirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın