Menu
Geri İrəli

“Sən həmişə mənimləsən” əsəri səhnələşdiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2011 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

Mərahim Fərzəlibəyov müqavilə əsasında Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa səhnələşdirəcək

Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa səhnələşdirəcək. Rejissor ona doğma olan Sumqayıt Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini səhnəyə qoyacaq: O bildirib ki, “Akademik Milli Dram Teatrında “Hökmdar və qızı” tamaşasını təhvil verdikdən sonra artıq Sumqayıt Teatrında məşqlərə başlayacağam. Məhsuldar yaradıcılıq fəaliyyətim bu teatrla başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yenidən Sumqayıt Teatrında müqavilə əsasında tamaşa hazırlayacağam”. APA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın