Menu
Geri İrəli

“Səsin gəlsin!” podkastinq layihəsi fəaliyyətə başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2011 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası (SİTA) bu ilin may ayının 15-dən etibarən “Səsin Gəlsin!” podkastinq (audio formatında informasiya yayımı) layihəsinin icrasına başlayır. Layihənin məqsədi Azərbaycanda podkast mədəniyyətini formalaşdırmaqdır. Beş ay müddətində davam edəcək layihə Bakı və Sumqayıt şəhərlərində icra olunacaqdır.

Layihə çərçivəsində yeni media alətləri, o cümlədən bloqçuluq, podkastinqə aid seminarlar və təlimlər keçiriləcək. Təlimlər ərzində hazırlanmış bütün materiallar www.podkastbloq.com saytında yerləşdiriləcək.

Bundan əlavə, Azərbaycanda ilk podkastinq platforması olan Podkast.az saytı yaradılacaq. Bu platforma podkast hazırlamaq və ya dinləmək istəyən hər bir kəs üçün açıqdır.

Layihəyə podkast müsabiqəsi ilə son vurulacaqdır.

Podkastinq təlimlərində audio bloqçuluq və radio jurnalistika ilə maraqlanan və məşğul olmaq istəyən bloqçular, jurnalistlər, jurnalistika fakultəsinin tələbələri və aktiv internet istifadəçiləri iştirak edə bilər.

Təlim və seminarlar haqqında məlumatları www.podkastbloq.com saytından və layihənin Facebook səhifəsindən əldə edə bilərsiz. Əlavə məlumat üçün: podkastaz@gmail.com ünvanına müraciət edin.

“Səsin Gəlsin!” podkastinq layihəsinin bir hissəsi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilir. Layihə ilə bağlı yayımlanan hər hansı bir informasiyada əks olunmuş fikirlər, faktlar və tövsiyyələrə görə müəlliflər məsuliyyət daşıyır və ABŞ Dövlət Departamentinin mövqeyini tam olaraq əks etdirmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın