Menu
Geri İrəli

“Sumqayıt” adlı yeni futbol komandası yaradıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2010 • Baxış sayı: 308 dəfə • 1 şərh

“Azərikimya” İstehsalat Birliyi ölkə futbolunun inkişafına töhfələrini verməkdədir. Birlik ötən müddətdə Sumqayıtda futbolun inkişafına və kütləviliyinə xidmət edən maraqlı tədbirlərin – uşaq və yeniyetmələr arasında böyük uğurla keçirilmiş “Top festivalı”, Səthi aktiv maddələr zavodunun 65 illiyinə həsr olunmuş yubiley spartakiadası çərçivəsində mini-futbol turniri, açıq əyləncəli uşaq futbol məktəbinin geniş tədbirinin fəal təşkilatçılarından və təşəbbüskarlarından biri olmuşdur.
“Azərikimya” İB şəhər sakinlərinin böyük sevincinə səbəb olacaq və futbolun inkişafına təkan verəcək daha bir uğurlu addım atmış, “Sumqayıt” adlı yeni futbol komandası yaratmışdır. Hazırda komandada oynayacaq gənc futbolçuların seçilməsi, komplektləşdirilməsi işləri aparılır. Qısa müddətdə komandanın rəhbərliyinə 40-a yaxın gənc futbol həvəskarı müraciət etmiş, öz istedad və bacarıqlarını nümayiş etdirmişlər. “Sumqayıt” futbol komandasının məşq bazası, nəqliyyat, həmçinin digər təşkilati məsələlərlə bağlı heç bir problemi olmayacaqdır. Belə ki, futbolçular respublikanın ən iri stadionlarından biri olan, 16 min tamaşaçı yerinə və keyfiyyətli təbii yaşıl örtüyə, güclü projektorlara, müvafiq texniki vasitə və imkanlara malik Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcəklər. Yeni futbol komandasının yaradılması İB tərəfindən Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş əhəmiyyətli bir addımdır. Bununla da, gənc futbolçular öz bacarıqlarını yalnız məhəllə-mikrorayon komandalarında nümayiş etdirməklə məhdudlaşdırmayacaq, “Sumqayıt” komandası ilə çox sevdikləri bu idman növünün sirlərinə daha dərindən yiyələnəcəklər.
“Sumqayıt” komandası sentyabrın əvvəllərində start götürəcək ölkə çempionatının birinci dəstəsində özünün ilk oyununa çıxacaqdır. Bununla da, Azərbaycan futboluna güclü, ustad oyunçular bəxş etmiş, özünün futbol ənənələri ilə tanınan Sumqayıt uzun fasilədən sonra yenidən qaynar və maraqlı futbol həyatına qayıdacaqdır.

SOCAR.AZ

Facebook Şərhləndirmə:

““Sumqayıt” adlı yeni futbol komandası yaradıldı” yazısına bir cavab

  1. Millət vəkili ikram İsrafil deyir:

    Sumqayıt futbol kamandasını yaratmaq təşəbbüsünü göstərənlərə və təəsis edənlərə təşəkkür edirəm.Kamandaya uğurlar qələbə sevincləri arzulayıram.Sumqayıtımız üçün uğurlu olsun.

Şərhinizi yazın