Menu
Geri İrəli

“Sumqayıt” bu gün ilk oyununa çıxacaq!

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2010 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

Bu gün start götürəcək ölkə çempionatının I dəstəsində yarışacaq yeni yaradılmış “Sumqayıt” klubunun gənc futbolçuları qısa müddətdə gərgin məşqlər nəticəsində formalaşmaqla yanaşı, öz qüvvəsini üç yoldaşlıq görüşündə də sınayıblar.

Asport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azərikimya”nın oyunçuları milli yığma komandanın 19 yaşlı futbolçuları, “Neftçi”nin əvəzedici heyəti və Qusarın “Şahdağ” komandası ilə sınaq görüşlərində yaxşı təsir bağışlayaraq, mübarizlik nümayiş etdiriblər. “Sumqayıt”ın idman şərəfini komandaya yeni qəbul olunmuş yerli gənclərlə yanaşı, indiyədək respublikamızın müxtəlif klublarında çıxış etmiş təcrübəli sumqayıtlı futbolçular da qoruyacaqlar.

“Sumqayıt” klubu ilk görüşünü bu gün doğma şəhərdə, M. Hüseynzadə adına şəhər stadionunda İmişlinin MTK “Araz” komandası ilə keçirəcək.

//Asport.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın