Menu
Geri İrəli

“Sumqayıt” futbol komandasına almaniyalı mütəxəssis baş məşqçi təyin olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2011 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sumqayıt” futbol komandasının yeni baş məşqçisinin adı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, sumqayıtlılar almaniyalı mütəxəssis Bernhard Raab ilə 2 illik müqavilə imzalayıb. Artıq almaniyalının köməkçiləri də müəyyənləşib. Ona 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və yığmanın sabiq kapitanı Aslan Kərimov kömək edəcəklər. Sonuncu oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın