Menu
Geri İrəli

“Sumqayıt” qışa necə hazırlaşır?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2010 • Baxış sayı: 296 dəfə • 1 şərh

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Sumqayıt” elektrik şəbəkə rayonunun (EŞR) kollektivi xidməti ərazilərində yerləşən transformator və komplekt transformator məntəqələrində (TM və KTM), paylayıcı şəbəkələrdə müvafiq yenidənqurma, təmir-tikinti işləri həyata keçirirlər.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin son üç ayında balans mənsubiyyətinə aid 6-10/0,4 kV-lik TM və KTM-lərdə əsaslı və cari təmir işləri aparılıb, 45 ədəd ayrıcı, 63 ədəd qoruyucu dəyişdirilib, transformatorlara və yağ açarlarına xeyli miqdarda transformator yağı əlavə edilib. Eyni zamanda 1 dəst 10 kV-lik vakuum açarı quraşdırılıb, ümumi gücü 2,3 MVA olan 5 ədəd transformator dəyişdirilib.

Qeyd edək ki, sözügedən dövr ərzində 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərində də (EVX) əsaslı və cari təmir işləri aparılıb. O cümlədən, 20 kilometrdən artıq xətt çəkilib, 14 ədəd dayaq dəyişdirilib. 6-10 kV-lik 520 metrə yaxın kabel xətti yenilənib və 56 ədəd mufta qoyulub, 0,4 kV-lik paylayıcı şəbəkələrdə 1900 metrdən artıq zədələnmiş kabel xətti yenisi ilə əvəz edilib, sayğaclaşma işi ilə əlaqədar olaraq 12,6 kilometrdən artıq SİP markalı kabel xətti çəkilib.

Qafqazinfo.az

Facebook Şərhləndirmə:

““Sumqayıt” qışa necə hazırlaşır?” yazısına bir cavab

  1. Nihat deyir:

    Neyin ki, Sumqayit hetta Azerbaycan qisa hazir deyil.kecen hefte havalar bir az sertlesdi amma ne oldu qazlar kesildi, isiqlar sondu.Bumu hazirliq.Allah elememis bizde havalar sert olsun hepden soyuqdan donub olerik.

Şərhinizi yazın