Menu
Geri İrəli

“Sumqayıt” velosiped idman klubu İrandan uğurla qayıtdı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2011 • Baxış sayı: 529 dəfə • 2 şərh

Bu günlərdə İran İslam Respublikasının Velosiped İdamn Federasiyasının dəvəti ilə «Sumqayıt» velosiped idman klubu qonşu ölkədə olunan Birinci Beynəlxalq «Dena Tur» veloyarışında iştirak etmişdir. Qeyd edeək ki, Azərbaycan idmançıları ilə yanaşı Türkmənistan, Suriya, İraq və Ermənistan velosipedçiləri də turnirdə iştirak etmişlər.

İyunun 28-dən iyulun 3-dək davam edən «Dena Tur» yarışında velosipedçilər ümumilikdə 500 kilometrə yaxın məsafə qət etmişlər. 5 mərhələdən ibarət olan turnirdə «Sumqayıt» komandası 14 komandanın içində ümumi hesabda 5-ci yerə çıxmışdır, xarici heyətlər arasında isə birinci olmuşdur. Həmyerlimizin məşqiçisi və mexaniki Qafur Mustafayev «Dena Tur» –un ən yaxşı mexaniki adına layiq görülmüşdür.

Qeyd edim ki, İranda baş tutan yarışda «Sumayıt» klubuna Türkiyənin velosiped istehsalı ilə məşğul olan tanınmış «Solcano» firması sponsorluq etmişdir.

Ümumiyyətlə, «Sumqayıt» klubunun planları çox genişdir. Bu yaxınlarda klubumuzun İndoneziya, Suriya, Türkiyə və İrandan müxtəlif səviyyəli yarışlarda iştirak etmək üçün təkliflər daxil olmuşdur. Eyni zamanda, klubumuz şəhər miqyasında da keçirilən tədbirlərdə yaxından iştirak edir. Yeri gəlmişkən, ötən ay Sumqayıtda təşkil edilən velosiped idamanı üzrə 1-ci şəhər çempionatında klubumuz yaxından iştirak etmiş və təşkilatçılardan biri olmuşdur.

Fürsət düşmüşkən, sözügedən yarışa və ümumiyyətlə, velosiped idmanına göstərdiyi qayğıya görə Sumqayıt şəhər İcara Hakimiyyətinin başçısı cənab Eldar Əzizova öz dərin minnətdarlığımızı bildiririk.

Qalib NAMAZOV,

«Sumqayıt» Velosiped İdman klubunun meneceri

Facebook Şərhləndirmə:

““Sumqayıt” velosiped idman klubu İrandan uğurla qayıtdı” yazısına 2 cavab

  1. Cavid deyir:

    Bu sayt çox maraqlı saytdır. şəxsən mən bu saytı çox bəyəndim.bu sayt gənclərimizin idmana,özəlliklə velosiped idamanına olan marağını artırır.saytın yaradılmasında əməyi keçən insanlara dərin minnətdarlığımı bildirirəm.Bütün YERAZLARA EŞQ OLSUN!!!.ALLAH ONLARI AZƏRBAYCANIMIZIN ÜSTÜNDƏN ƏSKİK ETMƏSİN!!!

  2. salamon deyir:

    sumqait seherinde velosiped surmeye xususi yol yoxdu.

Şərhinizi yazın