Menu
Geri İrəli

“Uşaq Hüquqları Konvensiyası”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2011 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 19 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən elan olunan “Uşaq Hüquqları Aylığı” çərçivəsində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinə “Uşaq Hüquqları Konvensiyasına Tənqidi Yanaşma” mövzusunda qrup işi təşkil edilmişdir.

Baş İdarənin gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə tədbirin mahiyyətindən, keçirilmə məqsədindən danışmışdır.

Sonra şagirdlər interaktiv təlim metodu ilə tanışlıq mərhələsini keçdilər. Sonra iştirakçılar 4 qrupa bölünərək Uşaq Hüquqları Konvensiyası”na aid 9 maddəni əhəmiyyət dərəcəsinə görə qiymətləndirib təqdim etmişlər.

Təlimçi gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İsmayıl Kərimov qrup işlərindəki fərqləri və bu fərqli yanaşmaların səbəbləri haqqında iştirakçılar arasında müzakirə aparmışdır.

 Müzakirələrdən belə bir nəticə yaranmışdır ki, “Uşaq Hüquqları Konvensiyası” hər bir ölkədə fərqli yanaşma səbəbləri təhsil səviyyəsi, ailə mühiti, hər ölkədəki uşaqların prioritet problemləri və digər bənzəri amillərdən asılıdır.

İsmayıl Kərimov təlimin sonunda Uşaq Hüquqları Konvensiyasının yaranma səbəbi və zəruriliyini qeyd edərək, ölkəmizin də bu konvensiyaya böyük əhəmiyyət verərək 1998-ci ildə Uşaq Hüquqları Haqqında Qanunun qəbul edidiyini,  uşaqların müdafiəsi üçün zəruri qanunvericilik bazasının yaradıldığını və bu hüquqların dövlət təminatı haqqında danışmışdır. Fizuli Cabbarov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın