Menu
Geri İrəli

“Sumqayıt” YGEŞ-də genişmiqyaslı təmir işləri həyata keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2012 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

 

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” (YGEŞ) cari ilin əvvəlindən tərtib edilib təsdiqlənmiş tədbirlər planını əsasən yerinə yetirib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a daxil olan məlumata görə, 330 kV-lik I və VIII “Abşeron”, “Xaç¬maz”, 220 kV-lik “Yaşma”, 110 kV-lik II “Siyəzən”, II “Maştağa” və digər elektrik verilişi xətlərində, 110 kV-lik “Ceyranbatan”, “83 saylı” və digər yarımstansiyalarda nəzərdə tutulmuş təmir-təftiş və sınaq işləri başa çatdırılıb. Eyni zamanda, payız-qış mövsü¬münə hazırlıq məqsədilə yenidənqurma və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.

Cari ilin son ayları ərzində 110 kV-lik “Sitalçay”, “Saz-1” və “Saz-2” yarımstansiyalarının hər birində müxtəlif gücdə olan iki transformatorda və onların avadanlıqlarında təmir işləri aparılıb. Eyni gərginlikli “Xəzri” yarımstansiyasının 2 saylı 6,3 MVA-lıq transformatorunda da analoji işlər həyata keçirilib. Bütün bunlarla yanaşı, sözügedən dövrdə “Goradil”, “Şamaxı”, “Masazır” və “83 saylı” yarımstansiyalarda transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilib.

Yanvar-sentyabr  aylarında  YGEVX-lərin 165 km-dən artıq  hissəsində  əsaslı  təmir  işləri  aparılıb. Görülən işlərə 330 kV-lik I “Abşeron”,  VIII “Abşeron”,  500  kV-lik II “Abşeron” hava xətlərini nü¬munə göstərmək olar. Həmin xətlər üzrə ayrı-ayrı dayaq¬larda boşalmış troslar dartılıb, torpaq¬lama konturu qaynaq olunub, dayaqlararası aşırımlarda zədəli naqillər  təmir  edilib, açılmış qol¬lu sıxaclar bərpa olunub. İl¬dı¬rımötürücü trosun açılmış qatı bərpa edilib, torpaqlama konturlarının müqaviməti ölçülüb. Eyni zamanda, 330 kV-lik “Xaçmaz” hava xəttində bir neçə dayaqarası naqil və ilgək (şleyf) təmir edilib, xeyli sayda izolyator dəyişdirilib və 7 dayaqda ildırımötürücü trosların armaturları yoxlanılıb. Hesabat dövründə 220 kV-lik “Yaşma”, 110 kV-lik I “Xırdalan”, “Masazır”, II “Maştağa” və digər hava xətlərində də analoji təmir işləri həyata keçirilib.

Bütün bunlarla yanaşı, 220  kV-lik “Sənaye  Qovşağı”,   “Qəbələ”,  “Ağsu”, 110  kV-lik  I  “Sumqayıt”,  II  “Sumqayıt”, III “Sumqayıt”,  IV  “Sumqayıt”,  V “Sumqayıt” və s. hava xətlərində də zəruri tədbirlər görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın