Menu
Geri İrəli

11 bölgənin gəncləri Sumqayıtda toplaşdı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2016 • Baxış sayı: 866 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin 5 illiyi ilə bağlı keçirdiyi silsilə tədbirlərə start verilib.
Gənclər Fondundan APA-ya verilən məlumata görə, ilk görüş bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Gənclər Fondunun, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Xızı, Siyəzən,  Abşeron, Şabran, Qobustan, Şamaxı, Quba, Qusar, Qubadlı və Xaçmaz şəhər Gənclər və İdman Baş İdarələrinin nümayəndələri, Gənclər Təşkilatlarının üzvləri və gənclər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxış edib. T.Səmədov ölkədə həyata keçirilən gənclər siyasətinin uğurlarından bəhs edərək Gənclər Fondunu dövlət gənclər siyasətinin aparıcı dəstəkçi qüvvələrindən olduğunu vurğulayıb.
Növbəti çıxışda Fərhad Hacıyev əsası Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Ölkə prezidentinin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Gənclər Fondunun yaradılması vurğulanıb.

Daha sonra Fərhad Hacıyev dəvət edilən 11 rayonun gənclərini salamlayaraq Fondun bu günə qədər həyata keçirdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib və layihələrin uğurlu icrasında region gənclərinin xidmətini xüsusi vurğulayıb.

Tədbir Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyevanın çıxışı ilə davam edib. V.Niftəliyeva Fondun təqdimatını tədbir iştirakçılarının nəzərinə çatdırıb və qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onların 3341-i dəstəklənib. Eyni zamanda səfər qrantları ilə bağlı 384 müraciətin 267-nə müsbət cavab verilib.

Tədbirdə Demokratik Gənclər İctimai Birliyinin sədri Ramil Süleymanov və Sumqayıt Asan Xidmət Mərkəzinin könüllüsü Nigar Qocayeva çıxış ediblər.

Tədbirin qedişatında yığıncaqda iştirak edən fəal gənc layihə rəhbərləri söz alaraq Gənclər Fonduna təşəkkürlərini bildiriblər.

dsc_0033 dsc_0039 dsc_0044 dsc_0058 dsc_0071 dsc_0080 dsc_0087 dsc_0097 dsc_0099 dsc_0113 dsc_0122 dsc_0126 dsc_0129 dsc_0168 dsc_0198

Facebook Şərhləndirmə:

Şərhinizi yazın