Menu
Geri İrəli

11 yaşlı sumqayıtlı qız əlil qala bilər – KÖMƏK

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2013 • Baxış sayı: 374 dəfə • 2 şərh

Sumqayıt şəhər sakini tərəfindən “sumqayitxeber.com” saytına müraciət daxil olub. Şəhər sakinlərinə ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:

“Mən Sumqayıt ş. sakini Mehrabov Elbrus qızım Mehrabova Aydanın xəstəliyi ilə bağlı müraciət edirəm. Mənim qızımın endokronoloji problemi var, boyu artmır.

Həkimlərin dediyinə görə boyun artması üçün hormon vurulmalıdı. Həmin hormon xaricdə istehsal olunduğundan, çox bahadır və o dərmanı almağa gücüm çatmağına görə 2 ildir ki, bir çox vitaminlər vurduq faydası olmadı.  Hal-hazırda qızımın 11 yaşı var, vaxtımız azdır, həddi buluğa çatana qədər müalicə edə bilərik, yoxsa boyu balaca qalacaq.

Normal boyu almaq üçün “Norditropin” inyeksiyası mütəmadi olaraq təxminən 3 il vurulmalıdır. 3 aydır ki müalicəyə başlayıblar. İrandan bir ədəti 30 Azn başa gəlir, aya çəkisindən asılı olaraq 8-9 gərəkir. Bu isə 250 Azn təşkil edir.

Mən sizdən xahiş edirəm mənə kömək edəsiniz ki, qızım əlil qalmasın.

Əlaqə nömrəsi: 050 328 45 64 Elbrus (Sumqayıt).”

 

Facebook Şərhləndirmə:

“11 yaşlı sumqayıtlı qız əlil qala bilər – KÖMƏK” yazısına 2 cavab

  1. Samirə deyir:

    Allah köməyi olsun! Allah sizdən də razı olsun ki belə müraciətləri verirsiniz saytınızda. Dəstək olmalıyıq mütləq

  2. Xatire deyir:

    Allah komeyi olsun!

Şərhinizi yazın