Menu
Geri İrəli

12 il axtarışda olan sumqayıtlı şəxsin məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2014 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur

nadir-3Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan Nadir Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı isə martın 4-nə təyin edilib.

Qeyd edək ki, N. Mehdiyev Qazaxıstanda həbs edilib.

APA-nın verdiyi məlumata görə 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişlə Ceyhun Şirinov adlı şəxsi qətlə yetirməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın