Menu
Geri İrəli

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2013 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
Share Button

Aprelin 16-da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Rəqəmsal Texnologiyalar” üzrə Layihə Meneceri Sarmad Nafi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Bakıdakı ofisinin başçısı Səbinə Məhbubi-İran və Azərbaycan QAC-in İnformasiya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmar Səfiyev Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinə səfər etmişdir. Qonağın əsas məqsədi, bölmənin istifadə etdiyi kompyuter avadanlıqları və kommunikasiya sisteminin qiymətləndirilməsi idi.  Bundan əlavə qonağa bölmənin çoxşaxəli fəaliyyəti haqqında da geniş məlumat verilmiş, fəaliyyətə dair fotolar və videolar təqdim olunmuşdur. Görülən işlərdən heyrətləndiyini gizlədə bilməyən Layihə Meneceri Sarmad Nafi tanışlıqdan məmnunluq duyduğunu bildirdi və bölməyə gələcək fəaliyyətində uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın