Menu
Geri İrəli

Sumqayıtda təhsil işçilərinin konfransı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2012 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

Sentyabrın 6-da Sumqayıtda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Tədbirdə 2011/2012-ci dərs ilində qazanılmış nailiyyətlər və mövcud problemlərlə bağlı hesabat dinlənilmişdir. Bildirilmişdir ki, təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında əsas amillərdən biridir.
Diqqətə çatdırılmışdır ki, Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziya və 26 nömrəli uşaq bağçası əsaslı təmir edilmiş, Zeynalabdin qəsəbəsindəki 40 nömrəli tam orta məktəb üçün yeni bina tikilmiş, 45 və 63 nömrəli uşaq bağçalarında və 28 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinə başlanmışdır.
Bildirilmişdir ki, şagirdlərin biliyinin yoxlanması və qiymətləndirilməsi ilə bağlı təhsil müəssisələrində ciddi iş aparılmış, bütün məktəblərdə monitorinqlər təşkil edilmiş və nəticələr təhlil olunmuşdur. Eyni zamanda, dərs ili ərzində 2011-ci ildə məzunların ali məktəblərə qəbul göstəriciləri şəhər üzrə geniş təhlil edilmiş, məktəblərin müxtəlif qəbul göstəriciləri üzrə reytinq cədvəlləri hazırlanmışdır. Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq şəhər üzrə 3 nəfər təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə qızıl medalla təltif edilmişdir. Bu il qəbul imtahanlarında şəhər ümumtəhsil məktəblərinin 92 nəfər məzunu 600-dən çox bal toplamışdır.
Bildirilmişdir ki, ötən dərs ilində şəhər icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr edilmiş tədbirlər, istedadlı şagirdlərin aşkar edilməsi ilə bağlı müxtəlif müsabiqələr, idman yarışları təşkil edilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə geniş tədbirlər planı hazırlanmış, bir sıra maraqlı müsabiqələr keçirilmişdir.
Qeyd edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin səkkiz illik prezidentliyi dövründə gördüyü işlərlə bağlı “Prezident- Sumqayıt məktəblilərinin gözü ilə” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
Tədbirdə 650-dən çox bal toplamış tələbələrə hədiyyələr təqdim olunmuşdur.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. AzərTAc, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın