Menu
Geri İrəli

13 dönər satışı müəssisəsi cəzalandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2013 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur
“Bu ilin avqust ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13 dönər satışı sahəsində yoxlamalar və müayinələr aparılıb. Bu müəssisələrin sahibləri müvafiq qaydada cəzalandırılıb, 1 dönər sahəsinin fəaliyyəti dayandırılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlama aparılan 13 müəssisənin cərimə olunması haqqında qərar çıxarılıb və cərimələr ayrı-ayrılıqda rayon icra hakimiyyətlərinə göndərilib. İ.Abdullayevin sözlərinə görə, cərimələri könüllü ödəyənlər ödəyib, ödəməyənlər isə məcburi icraya yönəldilib.

RGEM-in şöbə müdiri qeyd edib ki, bu ilin 6 ayı ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində 57 dönər sahəsində yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində toyu dönəri satan və sanitariya qaydalarını ciddi pozan müəssisələr haqqında inzibati tədbirlər görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın