Menu
Geri İrəli

138-CI TEATR MÖVSÜMÜ SUMQAYITDA AÇILACAQ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2010 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

Bu il 138-ci teatr mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Açılış mərasiminin hər il olduğu kimi, sentyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Teatrın qarşısında Azərbaycan teatrlarının yaradıcı kollektivlərinin ifasında tamaşalardan fraqmentlər nümayiş etdiriləcək.

Teatr Muzeyi və M. F. Axundov adına Milli Kitabxananın Azərbaycan teatrına həsr olunmuş sərgisi də keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın