Menu
Geri İrəli

14 yaşlı qız dəm qazından boğulub öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2011 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində iki məktəbli qız dəm qazından zəhərlənib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisələrin hər ikisi bu gün qeydə alınıb. Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan, 14 yaşlı Səbinə Yaşar qızı Həbibullayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Daha bir məktəbli – Sumqayıt şəhər sakini, 16 yaşlı Xanım Məmmədzadə isə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsin orta məktəb şagirdi olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, son günlər Sumqayıt şəhərində dəm qazından zəhərlənənlərin sayı kəskin artıb. Belə ki, noyabr ayı ərzində Sumqayıtda 20-ə yaxın sakin dəm qazından zəhərlənib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın