Menu
Geri İrəli

152 dəqiqə sonra bahar gəlir

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Mart 2013 • Baxış sayı: 185 dəfə • Şərh yoxdur

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də saat 15.02 radələrində daxil olur. Odur ki, martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın