Menu
Geri İrəli

Sumqayıt kimyacılarından maraqlı addım

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2012 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

Sumqayıt kimyacıları «N» saylı hərbi hissədə xidmət edən gənc mütəxəssisi yad ediblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin (İB) bir qrup əməkdaşı 6 ay əvvəl Buxar-generator kompleksindən həqiqi hərbi xidmətə çağırılmış gənc mütəxəssis Fizuli Məlikovun xidmət etdiyi hərbi hissədə olmuşdur.

Birliyin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutmuş tədbir zamanı əsgər Fizuli Məlikov və onun digər əsgər yoldaşları ilə aparılan söhbətdən məlum olmuşdur ki, Azərbaycan əsgərinin hərbi hazırlığı, döyüş əzmi çox yüksək səviyyədədir və ordumuz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazırdır.  İB-in mətbuat xidmətundən AzərTAc-a bildirmişlər ki, 2006-cı ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olan Fizuli Məlikov təhsildə qazandığı uğurlara görə ARDNŞ-in diqqətini cəlb etmiş və Şirkətin ilk tələbə təqaüdçüləri sırasına daxil edilmişdir. Ali təhsilini bitirdikdən sonra ARDNŞ-in xətti ilə Almaniyanın Axen Tətbiqi Elmlər Universitetinə göndərilən Fizuli Məlikov burada 4 il təhsil aldıqdan sonra mühəndis-energetik ixtisasına yiyələnmiş və Şirkət rəhbərliyinin göndərişi ilə «Azərikimya» IB-in Buxar-generator kompleksində mühəndis-energetik vəzifəsinə təyin edilmişdir və qısa müddət ərzində çalışdığı kollektivin rəğbətini qazanmışdır.  «N» saylı hərbi hissənin komandiri ilə söhbət əsnasında məlum oldu ki, Fizuli Məlikov burada da özünü içdiyi anda sadiq bir əsgər kimi göstərmiş, ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Sonda əsgər Fizuli Məlikov və onun silahdaşlarına «Azərikimya» İB-in Həmkarlar İttifaqı Komitəsi tərəfindən göndərilmiş xüsusi hədiyyələr təqdim olunmuşdur. Ətrabə Rzayeva, AərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın