Menu
Geri İrəli

17 mikrorayon sakinləri: “özbaşınalığa tez bir zamanda son qoyulsun”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2014 • Baxış sayı: 1,968 dəfə • 6 şərh

Sumqayıt şəhər 17-ci mikrorayon sakinləri sumqayitxeber.com saytına şikayət məktubu göndəriblər. sumqayitxeber.com olaraq bizə ünvanlanan məktubu olduğu kimi diqqətinizə çatdırırıq. Ümid edirik ki,  aidiyyatı orqanlar sakinlərin şikayətinə diqqət yetirəcək.

“Sizə 17-mikrorayon,63-cü binanın qarşısında böyüyə-böyüyə artıq yolun yarısına qədər gəlib çatmış “İMRAN Market”dən danışmaq istəyirəm. Neçə illər bundan əvvəl burada kiçik bir market tikildi. Sonra arxaya, daha sonra isə yanlara artırılaraq,böyüməyə başladı. Halbuki vaxtilə həmin ərazidə iydə və şam ağacları olub. Sonradan məlum oldu ki, marketin tikildiyi yerin altından qalın su kəməri keçir .Bunu həmin su kəmərində qəza baş verəndən sonra bildilər və hər iki tərəfdən kəsərək marketin arxa tərəfindən apardılar. Əhaliyə verilən bütün bu əziyyətlərdən sonra bir neçə gündür ki, marketin qabağına daş və dəmir materialları töküb, az qala yolun ortasına qədər marketin qabağını artırırlar. Biz,bu binada yaşayan əhali çox xahiş edərdik ki, aidiyyəti orqanlar bu özbaşınalığa tez bir zamanda son qoysunlar. Sizə də bu şikayəti mediada işıqlandıracağınıza görə əvvəlcədən öz dərin təşəkkürümüzü bildiririk. “

17-mkr 17-mkr2 17mkrw

Facebook Şərhləndirmə:

“17 mikrorayon sakinləri: “özbaşınalığa tez bir zamanda son qoyulsun”” yazısına 6 cavab

  1. revane deyir:

    Ay millet gelib bu marketden nisye mal alanda hec wikayet etmirsiz

  2. sevil deyir:

    Yeqin kimdise ozu market acmaq isteyir.Paxilliq edir.lap yaxwida marketdi

  3. Leman deyir:

    ay shikayet eden,eger unutmamisansa atan dunyasini deyiwende o boyda padyezde adam tapilmadi ki cenazeni awagi duwursun,yene Imran marketin sahibi awagi duwurdu,camaat 3 wirvan pul yazildigi halda,hemin marketin sahibi 10 wirvan yazildi,bunlari ne tez unutdun???
    ayib olsun sene,hele bir shikayet edirsen!!!!

  4. Rehman deyir:

    He men paxıllıq edirem )))) ons gore narazıyam…Paxıllıq edirem ki orda maşın saxlaya bilmirem )

  5. mahmud deyir:

    cox gozel marketdir yalandan ser tokmeyin hardan bilirsinizki onun senedi yoxdur

  6. ferid deyir:

    cox gozel marketdir 17 ni o market temin edir

Şərhinizi yazın