Menu
Geri İrəli

18 yaşlı Sumqayıt sakini qətlə yetirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur

http_95.86.135.60_bpictures_picture118001Dünən Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam baş verib. Bıçaqlanma Sumqayıt şəhəri 47-ci məhəllənin ərazisində olub. Nəticədə şəhər sakini 18 yaşlı Məmmədsaleh Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada keçinib.

Prokurorluqdan aldığımız məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan o da bildirilib ki, artıq saxlanılan da var.
Belə ki, Ruslan Rafael oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir. Ruhiyyə, AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın