Menu
Geri İrəli

2 dekabrda Sumqayıtda “İstefa” səslənəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2012 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın uğursuz çıxışı azarkeşləri qəzəbləndirib. Sumqayıtlı fanatlar baş məşqçi Bernhard Raabın istefasını tələb edir.

Bu məqsədlə “Facebook” sosial şəbəkəsində xüsusi qrup yaradılıb. “Bernhard Raab’a istefa deyənlər” adlı qrupda azarkeşlər “Sumqayıt” – “Simurq” oyununda alman çalışdırıcını istefaya səsləməyə çağırılır.

“Sumqayıt futbol ənənəsi olan bir şəhərdir. Əziz Sumqayıtlılar, gəlin 2 dekabr “Sumqayıt” – “Simurq” matçında baş məşqçimiz Bernhard Raabı istefaya səsləyək. Sumqayıt futbolu bu cür təhqirə dözə bilməz”, deyə çağırışda qeyd olunurb.

Fanat.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın