Menu
Geri İrəli

20 milyon çox pul oğurlayan Sumqayıt sakinləri tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2010 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur
Share Button

Rusiya vətəndaşından külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Cari il iyul ayının 11-də Rusiya Federasiyasının vətəndaşı Axmed Alqasanova məxsus 20.300.000 rus rublunu (535 min 920 Azərbaycan manatı) oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhəri 12-ci mikrorayondakı yataqxanada qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Hümmət Məmmədov və onun oğlu Ruslan tutularaq məsuliyyətə cəlb olunublar.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın