Menu
Geri İrəli

20 oktyabr energetiklər günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2012 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur
Share Button

«Azərikimya»nın energetika şöbəsində müstəqil Azər­bay­canın orden və medallarına, yüksək tituluna layiq görülmüş üç təcrübəli energetik çalışır

 Onların hər üçü uzun illər Sumqayıtın müxtəlif müəssisələrində çalışaraq, şəhərin, o cüm­­lə­­dən neft-kimya sənayesinin yüksək peşəkarlığa malik, aparıcı mütəxəssisləri kimi tanınlrlar. 35 ildən artıq şəhərin ilk kim­ya müəssisəsində – Səthi aktiv mad­dələr zavodunda işləyərək, adi çilingərlikdən baş energetik vəzifəsinədək yük­səlmiş Akif Eminov müəssisənin etibarlı enerji təchizatına nail oldu­ğuna, çoxsaylı yenilikçi tək­lif­ləri ilə zavodun enerji siste­mi­nin səmərəli fəaliyyə­tini təmin etdiyinə görə 2005-ci ildə «Şöhrət» ordeni ilə təltif edil­mişdir. İki il əvvəl o, Birlik aparatında böyük energetik vəzifə­sinə dəvət olunmuşdur.

Bu gün «Azərikimya»nın Energetika şöbəsinə rəhbərlik edən, bir vaxtlar Sumqayıtın elek­trik şəbəkəsi sistemində çalışaraq, sıravi mühəndislikdən direktor vəzifəsinədək böyük əmək yolu keçmiş İslam İslamovu çoxları səriştəli, nüfuzlu bir energetik kimi yaxşı tanıyır. O, Sumqayıtın elektrik sisteminin müasir tələblər səviy­yəsində yenidən qurulması ilə yanaşı, son illərdə «Azərikimya» İstehsalat Birliyinin müəssi­sələrində elektrotexniki avadan­lı­ğın yeniləşdirilməsi, vahid məhsul istehsalına enerji sərfinin azaldılması, enerjidaşıyıcılara qə­na­ət edilməsi sahəsində də uğurlar qazanılmasına nail olmuşdur. Çoxillik elmi-təcrübi bilik­lə­rinin, elmi axtarışlarının nəticəsi olaraq  texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş İ.İslamov 10 ildən artıq Sumqayıt Dövlət Universitetində müəllim kimi çalı­şaraq, gənc energetiklər nəslinin hazırlan­masına da öz töhfəsini vermişdir. Sumqayıtın inki­şafında xidmətlərinə görə ona ölkə Prezidenti tərəfindən «Əməkdar mühəndis» fəxri adının veril­mə­si onun çoxillik energetik əməyinin layiqli qiymətidir.

Şöbənin digər mütəxəssisi Rövşən İsgəndə­ro­vun da «Üzvi sintez» zavodunda 30 ilə ya­xın əmək fəaliyyəti adi elektromontyorluqdan baş energetik vəzifəsinədək davam etmişdir. Bu gün şöbə rəisi İ.İslamov haqlı olaraq fəxr edir ki, hələ 20 il əvvəl ali məktəbdə tələ­bəsi olmuş Rövşən indi öz istedadı, bacarığı sayəsində onunla yanaşı eyni şöbədə, həm də bi­la­va­sitə özünün müavini kimi işgüzarlıqla çalışır. Keçmiş müəllim kimi onu daha çox se­vin­di­rən isə daim gənclik həvəsi ilə yenilik axtarışında olan, böyük və mürək­kəb neft-kimya kom­­pleksinin enerji təminatının daha səmərəli təşkilinə çalışan tələbəsinin də əməyinin öl­kə başçısı tərəfindən yüksək qiy­mət­ləndirilməsi və «Tə­rəq­qi» medalına layiq görülmə­si­dir.

Xüsusilə diqqətəlayiqdir ki, son zamanlar bu ordenli-titullu mütəxəssislər gələ­cək­də estafeti gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc energetiklər nəslinin yetiş­diril­məsinə də xüsusi diqqət və qayğı gös­tə­rirlər. Və bu gün – energetiklərin şərəfli peşə bayramı ərəfəsində onların hər biri xüsusi təbrikə və təşəkkürə layiq olduqlarını fədakar əməkləri ilə bir daha təsdiq etməkdədirlər.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın