Menu
Geri İrəli

20 Yanvar faciəsi zamanı şəhid olmuş sumqayıtlı alimlərin xatirə abidəsi yenidən qurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2010 • Baxış sayı: 605 dəfə • 1 şərh
Share Button

20_yanvarabideziyaretBu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev əsaslı təmir və yenidənqurmadan sonra Bakı-Quba yolunun 24-cü km-də, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 20 Yanvar faciəsində şəhid olmuş Sumqayıt alimlərinin xatirə abidəsini ziyarət edib. Faciənin 20-ci ildönümü ilə əlaqədar xatirə abidəsini ziyarət edən şəhər rəhbəri və ictimaiyyət nümayəndələri abidə önünə tər çiçəklər düzüblər.

Qeyd edək ki, abidənin ucaldığı ərazidə 1990-cı ilin yanvar ayının 24-də Azərbaycanın görkəmli alimləri, professorlar – İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gələrkən imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar sabah Sumqayıt rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri şəhərdə yerləşən 20 Yanvar abidəsini və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Facebook Şərhləndirmə:
Share Button

“20 Yanvar faciəsi zamanı şəhid olmuş sumqayıtlı alimlərin xatirə abidəsi yenidən qurulub” yazısına bir cavab

  1. Bahar deyir:

    ALLAH BUTUN SEHITLERMIZE REHMET ELESIN.AMIN

Şərhinizi yazın