Menu
Geri İrəli

“20 Yanvar faciəsinə hüquqi qiymət” mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2016 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək fondu tərəfindən həyata keçirilən “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində Sumqayıt Şəhər Bələdiyyəsində “20 Yanvar faciəsinə hüquqi qiymət” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Musa Həsənov dahi lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu, 90-cı illərdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşmiş ölkəmizin xilaskarına çevrildiyini diqqətə çatdırdı.

Qeyd edildi ki, 20 Yanvar faciəsinə ilk hüquqi qiyməti də məhz ulu öndər verib. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Şəhər Bələdiyyəsinin sədr müavini, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova isə ulu öndərin idmana qayğısından danışdı, bu qayğını öz karyerasında hiss etdiyini bildirdi.

_MG_8145

_MG_8141

Facebook Şərhləndirmə:

Şərhinizi yazın