Menu
Geri İrəli

200-dən çox könüllü Sumqayıtda qan verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2014 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur
Share Button

İyunun 6-da Sumqayıtda qanvermə aksiyası keçirilmişdir. Aksiya Səhiyyə Nazirliyinin tərtib etdiyi qrafikə uyğun olaraq, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrasına dəstək məqsədi ilə Sumqayıt şəhər səhiyyə şöbəsi tərəfindən təşkil olunmuşdur.

 Şəhər səhiyyə şöbəsindən verilən məlumata görə, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında keçirilən humanitar aksiyaya tibb müəssisələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyətin nümayəndələri də qoşulmuşlar.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlamışlar. Götürülən qan nümunələri laboratoriya müayinəsindən sonra irsi qan xəstələrinin müalicəsində istifadə olunacaqdır.
Qeyd edək ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən bu nəcib aksiyada 200-dən çox könüllü iştirak etmişdir. Ətrabə Rzayeva
qanverme
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın