Menu
Geri İrəli

2014-cü ilin büdcə zərfində Sumqayıt şəhərinə dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2013 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur
Share Button

Milli Məclisə daxil olmuş 2014-cü ilin büdcə zərfində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron və İmişli rayonlarına dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb.

Modern.az saytının xəbərinə görə, adları çəkilən şəhər və rayonlara gələn il yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait nəzərdə tutulmayıb. Büdcə layihəsində bu şəhərələr üçün ayırlan pulun miqdarı yerli gəlirlərə aid olan məbləğlə göstərilib.

2014-cü ilin büdcə layihəsində Bakı şəhərinin gəlirləri 6 milyard 524 milyon manat, Sumqayıtın gəlirləri 77 milyon 165 min 500 manat, Şirvanın gəlirləri 17 milyon 796 min manat, Mingəçevirin gəlirləri 32 milyon 892 min  manat, Abşeron rayonunun gəlirləri 32 milyon 905 min manat, İmişli rayonu üçün iisə 21 milyon 36 min 500 manat göstərilib.

Mütəxəssislər bunu adları çəkilən şəhər və rayonların öz tələbatlarını daxili imkanlar hesabına ödəməyə qadir olmaları ilə izah edirlər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu addımın önəmli olduğunu bildirib. Deputatın spzlərinə görə, hər il rayonlara külli miqdarda vəsait ayrılır. “Bizbununla bağlı məsələ qaldırırıq ki, yavaş-yavaş rayonlar dotasiyadan əl çəksinlər. Yəni bu proses gedir. Odur ki, bu məsələ həmişə Milli Məclisin gündəliyindəm saxlanılır və müzakirə olunur”-deyə V.Əhmədov bildirib.

Xatırladaq ki, ötən il  Abşeron rayonu, Şirvan və Sumqayıt şəhərlərinə dövlət büdcəsindən xərclər ayrılmamışdı. Deməli belə şəhər və rayonların sayı bu il 6-ya çatıb.

X.SƏFƏROĞLU

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın