Menu
Geri İrəli

2017-2018 ci tədris ilinə Sumqayıt şəhərində ciddi hazırlıq görülür – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2017 • Baxış sayı: 1,018 dəfə • Şərh yoxdur
Share Button

Yeni dərs ili ərəfəsində Sumqayıtda  təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülür.  Bütün bunlar, ilk növbədə, şagirdlərin  yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Bu il 50 yaşını qeyd etməyə hazırlaşan 17 saylı  tam orta məktəbin  binasında  əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Sumqayıt  Şəhər İcra hakimiyyətində  nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq   ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri   davam etdirilir.Hazırda 17 saylı  tam orta məktəbin  binası yüksək standartlara uyğun  şəkildə  təmir olunur. 8-ci mikrarayon ərazisində fəaliyyət göstərən  600  şagird yerlik məktəb binası 1967-ci ildə tikilib. Ötən 50  ildə məktəbdə bir dəfə də olsun təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində ciddi çətinliklər yaradırdı. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün ötən ilin sonlarında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Artıq təmir işlərinin 50 faizindən çoxu görülüb. Binanın dam örtüyü, qapı-pəncərələri, su, elektrik xətləri dəyişdirilir, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları və digər yardımçı tikililər yenidən qurulur. Binada yeni istilik sistemi quraşdırılıb.Qeyd edək ki, məktəbdə 46 sinif var. Təhsil müəssisəsinin  direktorunun   sözlərinə görə   yeni dərs ilində şagirdlər daha gözəl və təmirli sinif otaqlarında dərs keçəcəklər.

Mehriban Nəcəfova: “Bu gün siz şahidsiniz ki,məktəbimizdə də  cari təmir işləri aparılır.Şagirdlərin yaxş təhsil alması üçün,istedadlarn aşkara çıxarılması üçün işçi mühit olmalıdır.Hər yerdə,hər bir məktəbdə olduğu kimi bizim məktəbimizdə də bunu dərk edirik,ona görə şagirdlərimizin yaxş təhsil alması üçün artq lazım olanı,əlimizdən gələni edirk.Ona görə də şagirdlərimizin yaxşı təhsil alması üçün əlimizdən gələni edirik.Məktəbimizin bu gün foyesindən başlamış dam örtüyünə qədər hər bir sahəsində təmir işləri aparmışıq.Məktəbin dam örtüyündə tamamlanma işləri həyata keçirilir.Növbəti həftələrdə tamamlanma işləri başa çatacaqdır.Demək olar ki,sentyabr ayının 15-nə artıq biz  şagirdlərimizi məktəbə qəbul etməyə hazırıq.Yaxşı mühütdə şagirdlər uğurlu nəticələr də əldə edir.Ali məktəbə sənəd verən məzunlarımızın 81 faizi  artıq tələbə adını qazanmışdır.Lakin bu bizi sevindirsədə arxayınlıq yaratmır.Növbəti tədris ilində şagirdlərimizin ali məktəbə qəbulunu 100 faizə çatdırmaq hədəfimizdir.Bunun üçün nəlimizdən gələn nə  varsa  kollektivimizlə səfərbər olub əlimizdən gələni etməyə çalışacıyıq.Artıq bu günün şagirdi dünənki şagird deyil,valideyin də həmin valideyin deyil,internet əsridir.Hər kəs uğurlu,şəraiti yüksək olan yerdə olan yerdə övladların oxutmaq istiyər.Biz də buna çalışırıq.Ama hər bir halda son  illərdə təhsildə  aparılan siyasət bizi qane edir.”

Təhsil ocağında  təhlükəsizlik kameraları  və yanğına qarşı mühafizə sistemi də quraşdırılıb.Məktəbin  ərazisi abadlaşdırılıb və yaşıllıqlar salınıb,ağaclar əkilib,yeni dəmir məhəccərlərdən hasar çəkilib. Həyətdə müxtəlif idman qurğularının quraşdırılması nəzərdə tutulub. Təmirdən sonra  ümumilikdə 600  nəfər şagirdin tədris şəraiti yaxşılaşacaq.11 ci sinig şagirdi Qumral Məmmədova bu  il məzunların yüksək nəticə əldə etməsindən və   görülən təmir işlərindən stimul alaraq    2018-ci ilin  qəbul imtahanlarında 700 bal toplamağı hədəfləyib.

Təmirli məktəb binası təbii ki,şagirdlərlə yanaşı burada dərs keçən müəllimləri də ruhlandırır.30 il təhsil ocağında ibtidai sinif müəlliməsi kimi çalışan Nazlı müəllimə də şagirdlər kimi çox sevinclidir.

Onu xüsusi ilə qeyd etmək lazımdır ki,bu ilki qəbul imtahanlarında məktəbin məzunlar 81 faiz nəticə əldə ediblər,buda ötən illlərin  göstəricisindən xeyli çoxdur.Hazırda  şəhərin  təmirə ehtiyacı olan digər  ümumtəhsil məktəblərində də   təmir və yenidənqurma işləri görülür,dam örtükləri dəyişdirilir, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.Ümumilikdə Sumqayıtda  48  tam orta məktəb var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın