Menu
Geri İrəli

21 yaşlı oğlan yaşadığı yataqxananın qarşısında özünü asdı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2011 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə Sumqayıt şəhəri, 76-cı məhəllə, 6 A saylı yataqxananın qarşısında qeydə alınıb. Həmin yataqxanada yaşayan, 1990-cı il təvəllüdlü Orxan Gülağa oğlu Həsənov yataqxananın qarşısında yerləşən köşkdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın