Menu
Geri İrəli

Britanyada Novruz bayramı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2013 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

Böyük Britaniyada Novruz bayramı ilə  bağlı tədbir keçirilib. Bu barədə “sumqayitxeber.com” saytına  Şeffild Azərbaycan Cəmiyyətindən bildiriblər.

Şeffild Azərbaycan Cəmiyyəti və Britaniyanın Qazaxıstan cəmiyyəti Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirib. Şeffild Azərbaycan Cəmiyyətinin rəhbəri Cavid Məmmədzadənin və Qazaxıstan cəmiyyətinin rəhbəri Aygerim Abdiorazovun təşəbbüsü gerçəkləşdirilmiş mərasimdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər.

Tədbirdə qonaqlara Azərbaycan və Qazaxıstanın  şirniyyatı təqdim olunub. Eyni zamanda hər iki ölkənin mədəniyyət və incəsənət sahəsindəki maraqlı proqramlarının nümayişi həyata keçirilib. Müxtəlif video-çarxlarda Novruzun Azərbaycan və Qazaxıstanda qeyd edilməsini əks etdirən dəyərli nümunələr yer alıb, iştirakçılara müqəddəs bayramın ənənələri və tarixi keçmişinə dair məlumatlar verilib.

Şeffild Azərbaycan Cəmiyyəti tədbirin təşkilində göstərdiyi köməyə görə Avropa Azərbaycanlıları Cəmiyyətinə təşəkkürünü bildirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın