Menu
Geri İrəli

28 May Respublika gününə həsr edilmiş “İstiqlal günəşimiz” adlı konsert ke,irilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 May 2010 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur

eliSumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Şəhər Mədəniyyət Evi N.Nərimanov adına mədəniyyət evində 28 May Respublika gününə həsr edilmiş “İstiqlal günəşimiz” adlı konsert proqramı ilə çıxış etdi.

Tədbirdə Şəhər Mədəniyyət Evinin Poeziya dərnəyinin üzvlərinin ifasında “Azərbaycanım”, “Sən qalib gələcəksən”, “Vətən mənə oğul desə”, “Dur ayağa məmləkətim” və s. vətən ruhlu şeirlər, “Damla” qrupunun ifasında “Azərbaycan”, “Gənclik” ansamblının ifasında “Yaşa Azərbaycan”, İlkin Əlizadənin ifasında “Torpağın səsi”, Elbrus Valehoğlunun ifasında “Mənim Azərbaycanım”, Ramin Cavanşirin ifasında “Sumqayıtım”, Elşad Abbasovun ifasında “Azərbaycan oğluyam”, Q.Qarayev adına uşaq musiqi məktəbinin şagirdi  Pərviz Ağazadənin ifasında “Qarabağ şikəstəsi”, S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdi Əli Əliyevin ifasında “Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə həmçinin,  Şəhər Mədəniyyət Evində fəaliyyət göstərən Meyxanaçılar qrupu və Skripkaçılardan ibarət musiqi qrupunun ifası da maraq doğurdu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın