Menu
Geri İrəli

29 sentyabr – Dünya Ürək Günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2011 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır.

Bizim kollektiv səylərimiz nəticəsində bütün dünyadakı insanlara daha uzun və daha yaxşı yaşamaq şansı verilir. Hər il qeyd olunan Dünya Ürək Günü bu il 29 sentyabr tarixinə təsadüf edir. Dünya Ürək Federasiyası hər il fərqli şüarla bu günü qeyd edir. “Tək Dünya, Tək Ev, Tək Ürək” (One World, One Home, One Heart) Dünya Ürək Gününün bu ilki şüarıdır.

Dünya Ürək Federasiyası üzv və partnyor təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır və bu plana uyğun olaraq insanları ürək xəstəliklərinə və onlardan qorunmaq üçün diqqətli olmağa çağırır. Təşkil olunan fəaliyyətlərə ictimai söhbətlər və filmlərin göstərilməsi, gəzintilər, konsertlər, idman tədbirləri, aksiyaların təşkili, maarifləndirici bukletlərin paylanması və s. daxildir.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti artıq bir neçə ildir ki, Dünya Ürək Günü ilə bağlı paytaxt Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər keçirir. Ötən il “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans,  ticarət mərkəzlərində aksiyalar təşkil edilmiş,  uşaq evinin sakinləri kardioloji müayinədən keçirilmişdir.

Bu il də AÜDCC tərəfindən bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Tibb Universitetinin tələbələri, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminar-mühazirələrin keçirilməsi, maarifləndirici məlumat kitabçalarının paylanması nəzərdə tutulub. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici buklet Azərbaycan dilinə tərcümə edilib.

Oktyabrın 1-də, saat 14.00-da isə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayevin Dünya Ürək Günü ilə bağlı gənclərlə görüşü keçiriləcək. Görüş “İRƏLİ” İctimai Birliyində (Ünvan: Sabir küç 3, İçərişəhər) baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın