Menu
Geri İrəli

3 gün iş olmayacaq

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

48709

Gələn həftə üç gün qeyri-iş günü olacaq. Bu barədə ANS PRESS-Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

O, bildirib ki, 9 may tarixi Qələbə Günü olduğu üçün həmin gün qeyri-iş günü olacaq. Onun sözlərinə görə, 10-11 may tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

Qeyd edək ki, 1945-ci ilin 9 may tarixində SSRİ-də mərkəzi radionun diktoru Yuriy Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib.

Ümumilikdə isə müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 40 mini könüllü olmaqla 600 minə yaxın oğlan və qız göndərib. Onlardan 300 minə yaxını cəbhədə həlak olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın